Home Almaniyada Təhsil

Almaniyada yüksək səviyyəli və keyfiyyətli təhsil mövcuddur. Burada təhsil ilə əlaqədar işlərə mərkəzi hökümət deyil, federal əyalətlər cavabdehdir. Bu gün Almaniyanın ali məktəblərində ortalama 2 milyon tələbə təhsil alır. Almaniya diplomları və sertifikatları Avropa birliyində və bütün dünyada əsəs sayılır. Almaniyanın tələbələrə təqdim etdiyi imkanlar, fərqli təhsil sistemi, tətbiq etdiyi yüksək təhsil səviyyəsi, Azərbaycan və bütün dünyada tanınan diplomlarıyla tələbələrin seçdiyi ölkələrin başında gəlməkdədir. Avropanın yalnız çox az dövlətləri Almaniya kimi çoxtərəfli təhsil imkanları təklif edir. 160-dan çox şəhərdə 376 ali məktəb gənclərə ali təhsil verir. Elmi cəhətdən güclü olan məktəblər yalnız Berlin və Hambuq kimi böyük şəhərlərdə deyil, Haydelberq kimi balaca şəhərlərdəki təhsil məktəbləri də bütün dünyada tanınır. Bununla yanaşı bakalavr və maqistr proqramlarında dərslərin İngilis dilində keçirilməsi, Almaniyanın üstünlük verilən ölkələr siyahısına daxil etmişdir.

Ali məktəb növləri

Alman ali məktəb təhsil sistemi çoxtərəflidir və müxtəlif ali məktəb növlərindən ibarətdir. Bu ola bilər ki, ilk baxışda insanı çaşdırır, ancaq həm də o deməkdir ki, müxtəliflik ən yaxşı təhsil seçiminə imkan yaradır. Təcrübəyə daha çox üstünlük verənlər peşə ali məktəbi, nəzəriyyəyə əsaslanan tədqiqata üstünlük verənlər isə universiteti seçirlər. Bu gün Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Onların demək olar ki, yarısı, 48 faiz qadınlardır. Ümumilikdə 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir. Ötən illərdə xarici tələbələrin sayı hiss olunacaq dərəcədə artmışdır.  Almaniyada alınan diplom yalnız Azərbaycanda deyil, dünya səviyyəsində bir iş və karyera açarıdır. Almaniya AB-in qabaqcıl ölkəsidir.  Almaniyada bir şagirdin yerləşmə və yemək xərcləri daxil aylıq xərci 550-650 avrodur. Almaniya yeni fikirlər ölkəsidir. Təhsil və elmə böyük əhəmiyyət verilir. Almaniyadan Bakalvr və Maqistr dərəcəsi əldə edən tələbələrə, Alman hökuməti mütəxəssisləşdikləri sahədə full-time işləmək icazəsi verməkdədir.

Bakalavr:
  • 1 il hazırlıq + 3 il universitet

Magistratura:

  • 2 ildir
  • IELTS 6.0-6.5

Almaniyada yerləşmə (yaşayış yeri): 

Tələbə Almaniyada fərdi ehtiyacı və büdcəsinə uyğun yaşayış yeri seçə bilər.  Ailə yanında yerləşmə, Alman dili təhsilinin davamını və təcrübə imkanı təqdim edir. Tələbənin seçiminə uyğun tək və ya iki nəfərlik otaqlarda, tam və ya yarım pansion şəklində ola bilər. Bəzi universitetlərin öz tələbə yataqxanaları vardır. Yataqxanalar  iş və istirahət otağı, telefon, televizor və tələbələrin istifadəsinə verilən mətbəxlə təmin olunmuşdur. Kirayə mənzil, eyni mənzilin bir neçə tələbə tərəfindən bölüşdürüldüyü üçün tələbələr üçün daha əlverişlidir. Mənzillər mebellə təmin olunmuş  ola bilər.

Almaniyada İqlim:

Almaniyada mülayim dəniz iqlimi müşahidə olunur. Qışı soyuq, buludlu ve rütübətli, yayı mülayim və küləklidir.

Ən önəmli şəhərləri: Berlin, Hamburq, Münxen, Bremen, Hannover, Düsseldorf.

 

Bakalavr və Magistratura təhsili üzrə əməkdaşlıq etdiyimiz universitetlər aşağıdakılardır:

  1. BTU Cottbus
  2. FH Erfurt
  3. FH Jena
  4. FH Zittau
  5. FH Zwickau
  6. HS Mitweida
  7. Johannes Gutenberg Universitat Mainz
  8. TU Clausthal
  9. TU Dresden
  10. Rostock Universiteti (University of Rostock)
  11. TU Ilmenau
  12. Universtat Jena
  13. Technische Universität München
  14. Ludwig-Maximilians-Universität
  15. Ruprecht-Karls-Universität Heidelberg
  16. Universität Stuttgart
  17. Freie Universität Berlin
  18. Berlin Humboldt Universität  
  19. Universıtät Paderborn
  20. Technische Universität Dortmund
  21. Rheinische Friedrich-Wilhelms-Universität
  22. Albert-Ludwigs-Universität Freiburg im Breisgau
  23. Eberhard Karls Universität Tübingen